Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Xəbərdarlıq:</b></font> temperatur 4-6 dərəcə aşağı enəcək, külək əsəcək

17:01 - 4 İyul 2018 tarixində dərc olunub.

Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 05-i axşamdan 09-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ucnoqta.az xəbər verir ki. bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 05-i gündüzdən 09-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Müəllif: