Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>"Azərenerji":</b></font> Enerji sisteminin dayanıqlığı yaxın vaxtlarda bərpa olunacaq

14:04 - 4 İyul 2018 tarixində dərc olunub.

Azərbaycanın enerji sisteminin dayanıqlığı yaxın vaxtlarda bərpa olunacaq. Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, hazırda "Azərbaycan" İES-in dördüncü blokunun işə salınması üzrə işlər aparılır:

“İndi "Azərbaycan" İES-in üç bloku ştat rejimində işləyir. Dördüncü blokun işə salınması üçün iş gedir. Bütün bunlar ölkənin enerji sisteminin dayanıqlığına təsir göstərir. Yaxın zamanlarda enerji sisteminin dayanıqlığı tam bərpa olunacaq”.

Müəllif: