Ucnoqta.az
www.ucnoqta.az

Salyanda "KAMAZ" aşdı,<font color=red><b> sürücü ölüb</b></font>

13:24 - 3 İyul 2018 tarixində dərc olunub.

Salyan rayonunun Xıdırlı kəndində “KAMAZ” markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.

Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Müəllif: