Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Ucnoqta.az xəbər verir ki, DGK Mətbuat Xidmətindən verilən məlumata görə, şəxsi yoxlama zamanı, vətəndaşın əlində saxladığı cib dəsmalının arasında, bir ədəd bükümdə xalis çəkisi 3,22 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.