Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb
10:42 - 1 İyul 2018 tarixində dərc olunub.
Sumqayıt şəhərində bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 4-cü məhəllə, ev 13/20, mənzil 20-də yaşayan 2017-ci il təvəllüdlü yerli sakin Aslanzadə Leyla Rafayıl qızı yaşadığı mənzildə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.
Azyaşlı qız dərhal yaxınları tərəfindən uşaq xəstəxanasına çatdırılıb. Ona I və II dərəcəli termik yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.