Oğuz rayonunun Böyük Söyüdlü kəndində "Komatsu" markalı buldozerin mühərriki və kabinasının yanar hissələri yanıb.
Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, buldozerin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.