Ucnoqta.az
www.ucnoqta.az

Lerik sakininin meyiti meşədə tapılıb

15:05 - 30 İyun 2018 tarixində dərc olunub.
Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyiti Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Müəllif: