Ucnoqta.az
www.ucnoqta.az

Ermənilər Ağdamda 280 hektar ərazini yandırıblar

12:15 - 30 İyun 2018 tarixində dərc olunub.
“Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Azersky" peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb. Ucnoqta.az xəbər verir ki, “Azərkosmos” ASC-dən verilən məlumata gröə, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib. Bildirilir ki, 29 iyun 2018-ci il tarixində Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib. Hazırda monitorinqlər davam etdirilir.
Müəllif: