Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda 7 ay əvvəl vurulmuş piyada ölüb

15:23 - 28 İyun 2018 tarixində dərc olunub.

Sabirabadda avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki. DİN-dən Trend-ə verilən məlumata görə, 2017-ci ilin noyabr ayının 26-da Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Füzuli rayon sakini Qaraş Quliyev idarə etdiyi “QAZ-3302” markalı avtomobillə Nəsimi kənd sakini Bilal Hadıyevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş B.Hadıyev iyunun 27-də orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: