Ucnoqta.az
www.ucnoqta.az

Dəmir Yolları sərnişinlərə müraciət edib

12:33 - 28 İyun 2018 tarixində dərc olunub.

Azərbaycan Dəmir Yolları QSC sərnişinlərə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, müraciətdə deyilir ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

Müəllif: