Ucnoqta.az
www.ucnoqta.az

Bu gün bəzi yerlərdə su kəsiləcək

09:34 - 28 İyun 2018 tarixində dərc olunub.

Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Ucnoqta.az xəbər verir ki, "Azərsu" ASC-dən verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.

Müəllif: