Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan millət vəkilləri AŞPA-da vitse-prezident seçiliblər

17:03 - 27 İyun 2018 tarixində dərc olunub.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azad Demokratlar Qrupunun (ADQ) iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva qrupun vitse-prezidentləri seçiliblər.

Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib.
Q.Paşayeva və Ü.Ağayevanın namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.trend

Müəllif: