Ucnoqta.az
www.ucnoqta.az

Bu il Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb

18:11 - 27 İyun 2018 tarixində dərc olunub.

Bu ilin əvvəlindən indiyədək Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova deyib. Onun sözlərinə görə, həmin təkanların 32-i hissedilən olub. Bu təkanlar daha çox Xəzər dənizində, daha sonra isə ölkənin şimal-qərb rayonlarında, o cümlədən Lerikdə, Ağdamda qeydə alınıb.

Bu ilki təkanların ən güclüsü iyunun 5-də Zaqatalada qeydə alınıb. Həmin gün zəlzələnin maqnitudası 5,5 olub.

V.Hüseynova onu da qeyd edib ki, Lerikdə bu gecə baş verən zəlzələdən sonra 40-a yaxın zəif afterşok qeydə alınıb.

Müəllif: