Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı idmançıdan dopinq tapılıb

11:32 - 27 İyun 2018 tarixində dərc olunub.

Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında bildirilir. Səbəb kimi İsmayılovun dopinq-testinin müsbət nəticə verməsi göstərilib. 19 yaşlı atletin orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanıb.
İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq. IWF iş yekunlaşmayanadək heç bir açıqlama verməyəcəyini də bəyan edib.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev "Report"a açıqlamasında faktı təsdiqləyib: "Bizə bu barədə məlumat daxil olub. Hazırda federasiya olaraq, məsələni araşdırırıq. Hüseyn İsmayılovun dopinqlə bağlı cəza alıb-almayacağı hələ dəqiq deyil. İş rəsmi həllini tapandan sonra geniş açıqlama veriləcək".

Qeyd edək ki, Hüseyn İsmayılov 2017-ci ildə Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında Avropa çempionatında 94 kq çəki dərəcəsində bürünc medal qazanıb.  

Müəllif: