Ucnoqta.az
www.ucnoqta.az

ETSN ətraf mühitə dəymiş ziyana görə 11 milyon manatdan çox iddia qaldırıb

17:21 - 25 İyun 2018 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 iyunda ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 39 iş üzrə 29550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 111 iş üzrə 11054362,72 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 230 iş üzrə 36483,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 129, icra qurumlarına  17, məhkəmələrə  10 iş göndərilib.

Müəllif: