Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda ev yanıb: 3 azyaşlı yanıq xəsarəti alıb

14:08 - 24 İyun 2018 tarixində dərc olunub.
Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 104 m2 olan ikimərtəbəli evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları qismən yanıb. Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 3 azyaşlı yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Müəllif: