Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>İsmayıllıda avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb</b></font>

11:28 - 21 İyun 2018 tarixində dərc olunub.

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 50-BE-448 dövlət nömrə nişanlı, "QAZ 2400" markalı minik avtomobili Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub. Ağır bədən xəsarətləri alan 7 yaşlı uşaq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: