Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda keçiddən keçməyən piyadanı vuran sürücü sərnişinlə birgə onu döyüb</b></font>

10:16 - 21 İyun 2018 tarixində dərc olunub.

Paytaxtın Nərimanov rayonunda dava ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Quliyev Nemət Məhəmmədəli oğlu gecə saatlarında Ağa Nemətullah küçəsində piyadalar üçün müəyyən edilməmiş yerdən yolu keçərkən onu "Mercedes" markalı avtomobil vurub. Piyada xəsarət alıb. Sürücü və sərnişin maşından düşərək zərərçəkmişə köməklik göstərmək əvəzinə, onu piyada keçidindən istifadə etmədiyinə görə döyüblər.
Daha sonra sürücü hadisə yerini tərk edib. Şahidlərin köməkliyi ilə yaralı xəstəxanya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Müəllif: