Ucnoqta.az
www.ucnoqta.az

Zakir Həsənov: Ermənilər Azərbaycana qarşı çox güclü informasiya mübarizəsi aparır

13:14 - 20 İyun 2018 tarixində dərc olunub.

Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə bizdə inamsızlıq yaratmağa çalışır.

Ucnoqta.az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov  bildirib ki, ermənilər Azərbaycana qarşı çox güclü informasiya mübarizəsi aparır: "Lakin onlar bu prosesdə də bizə uduzurlar. Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Serj Sarkisyan hakimiyyətini bitirdi. Bu gün hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə bizdə inamsızlıq yaratmağa çalışır. Media nümayəndələri belə provokasiyalara getməməlidir, diqqətli olmalıdırlar. KİV böyük bir qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, Vətənin müdafiəsinə qoşulmalıdır".

 

Müəllif: