Ucnoqta.az
www.ucnoqta.az

Milli Məclisin növbədənkənar sessiyada son plenar iclasının vaxtı məlum olub

12:04 - 20 İyun 2018 tarixində dərc olunub.

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib.

Növbəti – son iclas iyunun 29-a təyin olunub. İclasın gündəliyinə “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi və digər məsələlər daxildir.
Qeyd edək ki, növbədənkənar sessiyada iyunun 12-də MM-in daha bir plenar iclası keçirilib.Apa

Müəllif: