Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tikinti materialları mağazasında <font color=red><b>Yanğın-Yenilənib</b></font>

11:25 - 19 İyun 2018 tarixində dərc olunub.
Bakının Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın söndürülüb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. ***09:37 Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Müəllif: