Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda dənizdə boğulan kişinin meyiti tapılıb

09:19 - 18 İyun 2018 tarixində dərc olunub.
Xəzər dənizində boğularaq ölən şəxsin meyiti ailəsinə təhvil verilib. Hadisə Novxanı çimərliyində baş verib. 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlu Novxanı çimərliyində dənizə daxil olub. Lakin o dənizdən geri qayıtmayıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub . 3 gün aparılan axtarış nəticəsində onun meyiti bugün dənizin sahilə yaxın ərazində tapılıb. Meyit ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Report
Müəllif: