Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə "VAZ-2106 "Shagman" ilə toqquşub

18:58 - 16 İyun 2018 tarixində dərc olunub.
Daşkəsən rayonunda avtomobil qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "Shagman" markalı yük maşını ilə toqquşub.  Nəticədə minik maşınında olan iki nəfər, Şəmkir rayon Seyfəli kənd sakinləri, 1994-cü il təvəllüdlü Məmişov Nürəddin Mətləb oğlu və 1979-cu il təvəllüdlü Eynulla Məhəmmədəli oğlu Hüseynov xəsarət alıb. Hər ikisinə həkimlər tərəfindən ambulator yardım göstərilib və evə buraxılıb. Qəzaya düşmüş minik maşınına isə ciddi zərər dəyib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: