Ucnoqta.az
www.ucnoqta.az

Qubada bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb

11:30 - 15 İyun 2018 tarixində dərc olunub.
Quba rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb. Rayonun Zərdabi qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Dadaşov Eldəniz Arzuman oğlu iyunun 11-də bıçaqlanıb. O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.  Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.  Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.  Report
Müəllif: