Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda müəllim "Son zəng" zamanı ölüb

15:03 - 14 İyun 2018 tarixində dərc olunub.

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

Rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib. Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.Apa

Müəllif: