Ucnoqta.az
www.ucnoqta.az

"Bakı Metropoliteni"nə yeni mətbuat katibi təyin edildi

12:00 - 14 İyun 2018 tarixində dərc olunub.

Bəxtiyar Məmmədov "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

 B.Məmmədov artıq 5 ildir ki Bakı metrosunda fəaliyyət göstərir. O, 2017-ci ilin yanvarından Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi rəisinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl "Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayev idi.trend

Müəllif: