Ucnoqta.az
www.ucnoqta.az

Aİ rəsmisi: <font color=red><b>"Cənub Qaz Dəhlizinin reallaşdırılmasına şübhəsi olanlar dünən ..."</b></font>

12:20 - 13 İyun 2018 tarixində dərc olunub.

 "Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin reallığa çevrilməsi həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün xoşbəxt andır".

Bunu jurnalistlərə açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliiyinin rəhbərinin müavini Denis Daniilidis deyib.

Onun sözlərinə görə, növbəti addım Trans Adriatik Boru Kəmərinin (TAP) açılış mərasimi olacaq. 

D.Daniilidis Cənub Qaz Dəhlizi (CDQ) layihəsinin vaxtında həyata keçiriləcəyinə ümidvar olduğunu da bildirib: "CDQ-nin reallaşdırılmasına şübhəsi olanlar dünən mövqelərini yenidən nəzərdən keçirməli oldular. Bu, həmçinin hər bir tərəfin bu layihənin həyata keçirilməsi üçün səylərini birləşdirməsi üçün siqnal oldu. CDQ Azərbaycanı və Aİ-ni birləşdirən layihədir. Gəlin, bu cür layihələrin çox olmasına çalışaq". report

Müəllif: