Ucnoqta.az
www.ucnoqta.az

Bakı məktəblərində II yarımil üzrə qiymətləndirmə başa çatıb

10:24 - 13 İyun 2018 tarixində dərc olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmə yekunlaşıb.

Ucnoqta.az xəbər verir ki, BŞTİ-dən verilən məlumata görə, qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb. Böyük summativ qiymətləndirmə müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb.

Qiymətləndirmənin nəticələri şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır. 

Müəllif: