Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə güclü sel körpünü yararsız hala salıb

10:02 - 13 İyun 2018 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları nəticəsində Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.

Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının  şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb. ​

Müəllif: