<font color=red><b>Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib</b></font>
13:54 - 12 İyun 2018 tarixində dərc olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfərə gəlib.
Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında dövlətimizin başçısını Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşıladılar.