Ucnoqta.az
www.ucnoqta.az

İnternet nəhəngi bağlanır - <font color=red><b>20 illik dövr başa çatır</b></font>

17:54 - 10 İyun 2018 tarixində dərc olunub.
Ötən il ABŞ-ın telekommunikasiya şirkəti “Verizon”a satılan internet nəhəngi “Yahoo”nun 20 ildir istifadə etdiyi mesajlaşma tətbiqi “Yahoo! Messenger” bağlanacaq. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, tətbiq iyulun 17-dən etibarən fəaliyyətini dayandıracaq. Şirkət açıqlamasında qeyd edib ki, “Yahoo! Messenger” bu tarixə qədər normal şəkildə fəaliyyət göstərəcək. Qeyd edək ki, “Yahoo” “Verizon” şirkətinə 9 iyun 2017-ci ildə 4,5 milyard dollara satılıb.
Müəllif: