Ucnoqta.az
www.ucnoqta.az

Ukraynadan Belarusa qanunsuz yolla keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

14:17 - 9 İyun 2018 tarixində dərc olunub.

Ukrayna sərhədçiləri 29 yaşlı Azərbaycan vətəndaşını Belarusa qanunsuz yolla keçməyə çalışarkən saxlayıblar. "Report" UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata görə, bu yaxınlarda Ukraynaya gələn Azərbaycan vətəndaşı Belarusa getmək istəyərkən Belarusun sərhədçiləri tərəfindən saxlanılıb və Ukraynaya geri qaytarılıb. O, daha sonra Ukrayna-Belarus sərhədini qanunsuz keçməyə cəhd göstərib. Azərbaycan vətəndaşına Ukrayna ərazisinə daxil olmasına üç il müddətinə qadağa qoyulması barədə qərar verilib. 

Müəllif: