Ucnoqta.az
www.ucnoqta.az

Bakıda təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb

12:16 - 9 İyun 2018 tarixində dərc olunub.

 Bakıda 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Belə ki, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Məcid Qasım oğlu Sultanova babası Gəncə şəhər sakini İdris Hüseyin oğlu Sultanov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı fomasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.report

Müəllif: