Türkiyənin məşhur iş adamı, “Demirören Holding”in qurucusu və rəhbəri Ərdoğan Dəmirörən vəfat edib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 1938-ci il təvəllüdlü Ə. Dəmirörən bir müddətdir xəstəlikdən müalicə olunurdu.
Qeyd edək ki, “Demirören Holding” bu yaxınlarda “Doğan media qrupu”nu satın alıb. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən Ə. Dəmirörənin oğludur.