Ucnoqta.az
www.ucnoqta.az

Polietilen paketlər hər birimizə hiss olunmadan zərər vurur

12:00 - 8 İyun 2018 tarixində dərc olunub.

Polietilen paketlər hər birimizə hiss olunmadan zərər vurur. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, mağazalarda təklif edilən məhsulların, demək olar, 99 faizi polietilen və plastik qablaşdırmadır.

Sektor müdiri qeyd edib ki, nazirlik polietilen qabların əvəzinə kağız və parça materialların istifadəsini məsləhət görür:

"Bu qablar hər birimizə hiss olunmadan zərər vurur. Əhali bunu real təhlükə olduğunu bilməlidir. Hər bir xanım öz çantasında parçadan olan torba da apara bilər. Alış-veriş edərkən kağız və şüşə qablaşdırmaya üstünlük verə bilərik”.trend

Müəllif: