Ucnoqta.az
www.ucnoqta.az

Xudatda MİS rəisi cərimələndi- <font color=red><b>tullantılara görə</b></font>

09:41 - 6 İyun 2018 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Ucnoqta.az xəbər verir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Xudat şəhəri ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.
Faktla bağlı Xudat Mənzil İstismar Sahəsinin rəisi Bəxtiyar Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən daşınması məqsədilə qanun pozucusuna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Müəllif: