Ucnoqta.az
www.ucnoqta.az

Zavod ərazisindəki yanğın söndürülüb- <font color=red><b>YENİLƏNİB</b></font>

15:18 - 4 İyun 2018 tarixində dərc olunub.

Bakının Binəqədi rayonunda Bakı Poladəritmə Zavodunun ərazisində yanğın söndürülüb. FHN-dən APA-ya bildirilib ki, ilkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.
Əlavə məlumat veriləcək.

****15:08

Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
Yanğınla əlaqədar ətrafı qara tüstü bürüyüb.

Qeyd edək ki, dünən Binəqədi rayonunda Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) işlənmiş avtomobil şinləri yanmışdı.

Müəllif: