Ucnoqta.az
www.ucnoqta.az

GTMŞ-nin Baş katibi Budapeştdə beynəlxalq tədbirdə iştirak edib

12:47 - 4 İyun 2018 tarixində dərc olunub.

Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Məryəm Məcidova Budapeştdə Gənclər Siyasəti üzrə Vişeqrad Dördlüyü (V4) və Şərq Tərəfdaşlığı Ekspert konfransında iştirak edib.

Konfrans Veşeqrad Dördlüyə daxil olan ölkələrindən Milli Gənclər Şuralarının rəhbərlər və nümayəndləri, digər ölkələrin Milli Şuralarının və Qeyri-Hökümət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutub.
Konfrans Vişeqrad Dördlüyünə daxil olan ölkələrin dövlət rəsmilərinin nümayəndələrinin açılış nitqi ilə start verilib. Daha sonra Macaristanın Milli Muzeyində təşkilatçılar tərəfindən təşkil olunan ekskursiya baş tutub. 3 gün davam edən konfransda “Mərkəzi Avropada gənc olmaq - Demoqrafik problemlərdən gənclər necə təsirlənir”, “Onlayn sahədə bacarıq və rəqabəti inkişaf etdirmək”, “Ailə yoxsa karyera və ya hər ikisi birlikdə?” və digər mövzular üzrə dəyirmi masa formatında müzakirələr və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Vişeqrad Dördlüyü Polşa, Macarıstan, Çexiya və Slovakiya ölkələri tərəfindən yaradılan bir beynəlxalq  platformadır. Vişeqrad Dördlüyünün növbəti fəaliyyət dövrünün sədrliyi Slovakiya ölkəsinə təhvil verilib.
Xatırladaq ki, ölkənin vahid gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.  

Müəllif: