Ucnoqta.az
www.ucnoqta.az

Xanım bəstəkar "Palmali"yə kompozisiya həsr etdi - <font color=red><b>Video</b></font>

12:36 - 4 İyun 2018 tarixində dərc olunub.

Azərbaycanın və Türk dünyasının sevimli bəstəkarı Sevinc Tofiqqızı,  Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov görüşüb.

Bəstəkarın Mənsimovla görüşməsinin səbəbi onun, Türkiyədə başçısı olduğu  Şirkətlər Qrupuna hesr etdiyi kompozisyasını təqdim etmək olub. Saytımıza açıqlamasında bəstəkar görüşlə əlaqəli bunları deyib: “ İki gün öncə,  Azərbaycaımın fəxri, Mübariz Mənsimovla Türkiyədə görüştüm. Qəlbi vətən eşqi ilə döyünən,  Mübariz bəyə və onun başçısı olduğu şirkətə həsr etdyim kompozisyamı təqdim etdim. Azərbaycan bayrağını okeanlarda, dənizlərdə, limanlarda dalğalandıran  vətənpərvər qeyrətli igid, mərd oğlu Mübariz Mənsimov və onun şirkətinə  kompoziya həsr etməyi özümə borc bildim. Var olsun vətənimin dəyərli övladı Mübariz Mənsimov! ”.

Mənsimov Mübariz-"ARZULAR" mus.Sevinc Tofiqqizi (Palmali Şirkətlər Qrupuna hesr olunur).

Müəllif: