Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanla Pakistan arasında Hərbi Hava Qüvvələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

14:02 - 2 İyun 2018 tarixində dərc olunub.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin yeni təyin olunmuş Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mujahid Ənvər Xan ilə görüşüb.

Səfir iki ölkə arasında münasibətlərin dövlət başçılarının diqqəti sayəsində inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın Pakistanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini, bu əlaqələrdə hərbi-texniki sahədə əməkdaşlığın xüsusi önəm kəsb etdiyini söyləyib. Diplomat Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyin daim yüksək qiymətləndirildiyini bildirib.

Mujahid Ənvər Xan Pakistan və Azərbaycanın daim bir birini dəstəkləyən ölkələr olduğunu qeyd edib. O, ölkələrimiz arasında möhkəm bağların, qarşılıqlı inam və hörmətin olduğunu, hər iki ölkənin ortaq mənəvi dəyərlərə və oxşarlıqlara sahib olduğunu vurğulayıb. General Pakistan Hərbi Hava Qüvvələrinin Azərbaycan Hərbi Hava Qüvvələri ilə bütün sahələrdə səmərəli əməkdaşlığının, o cümlədən təcrübə mübadiləsi, sərgilərdə, təlimlərdə iştirakın davam etdiriləcəyini, qarşılıqlı səfərlərin və hər iki tərəfin-bir birinə göstərdiyi dəstəyin daha da artırılacağını diqqətə çatdırıb.AzərTac

Müəllif: