DİM sədri: <font color=red><b>"Qızların ixtisas seçimi məsələsində stereotiplər qalmaqdadır"</b></font>
16:08 - 30 May 2018 tarixində dərc olunub.
"Qızların ixtisas seçimi məsələsində hələ də stereotiplər qalmaqdadır. Bizim cəmiyyətdə ixtisaslar iki qrupa bölünür: qadın ixtisası və kişi ixtisası..."
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Qadınlarının V Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qızlar daha çox müəllimlik ixtisaslarını seçirlər, mühəndisliyə üstünlük vermirlər: "Regional universitetlərin müəllimlik ixtisaslarının 80 faizini, bəzən isə 100 faizini ancaq qızlar seçir və orada ən çox qızlar oxuyur".
"Regionlarda bir stereotip də var ki, qızlar göz qabağında olmalıdır", - deyən M.Abbaszadənin sözlərinə görə, baxmayaraq ki, qəbul imtahanlarında regionlardan olan qızlar yüksək bal toplayırlar, lakin valideynlər onlara böyük şəhərlərdə oxumağa icazə vermirlər.report