Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan 37 nəfər saxlanılıb

11:00 - 30 May 2018 tarixində dərc olunub.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb. Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Müəllif: