Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo "Real"ın yeni formasının təqdimatında yer almadı- <font color=red><b>Video</b></font>

14:56 - 29 May 2018 tarixində dərc olunub.
"Real" yeni mövsüm geyinəcəyi iki formanı ictimaiyyətə təqdim edib.

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, Madrid klubunun ev oyunlarının forması ənənəvi olaraq ağ rəngdədir. "Real" səfər matçlarında isə qara rəngdə forma geyinəcək.
"Adidas"ın təchiz etdiyi formanın təqdimatı üçün hazırlanmış video və şəkillərdə komandanın hücumçusu Kriştiano Ronaldo yer almayıb. Bunun portuqaliyalı hücumçunun "Nike" ilə imzaladığı şəxsi müqaviləyə görə ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, K.Ronaldonun "Real"dan ayrıla biləcəyi iddia olunur.

Müəllif: