Ucnoqta.az
www.ucnoqta.az

NATO-nun Baş katibi: <font color=red><b>"Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq"</b></font>

13:08 - 29 May 2018 tarixində dərc olunub.

Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Varşavada keçirilən yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının sualını cavablandırarkən deyib.
Y. Stolenberq Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb: “Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır və biz Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və yüksək qiymətləndiririk. Keçən il cənab İlham Əliyev Brüsselə rəsmi səfər etmişdi. Bu səfər zamanı İlham Əliyevlə NATO-nun Baş qərargahında çöx önəmli görüşlər keçirildi”.

Qeyd edək ki, mayın 24-28-də Varşavada NATO Parlament Assambleyasının yaz sessiyası keçirilib. Sessiyada Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil ediblər.

Müəllif: