Ucnoqta.az
www.ucnoqta.az

Elmar Məmmədyarov ABŞ-a gedib

12:13 - 28 May 2018 tarixində dərc olunub.
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb. Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Səfər çərçivəsində E.Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.
Müəllif: