Ucnoqta.az
www.ucnoqta.az

Avropa Cüdo İttifaqı: <font color=red><b>"Ramosun fəndi cudoda qadağan olunsa da ..."</b></font>

11:11 - 28 May 2018 tarixində dərc olunub.
Avropa Cüdo İttifaqı (EJU) Çempionlar Liqasının finalında İspaniya "Real Madrid"inin müdafiəçisi Serxio Ramosun İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salahı zədələməsinə reaksiya verib. Ucnoqta.az xəbər verir ki, "Report"un məlumatına görə, EJU-nun rəsmi "Twitter" səhifəsi Ramosun misirli yarımmüdafiəçinin xəsarət almasına səbəb olan hərəkətini cüdoda qadağan olunmuş tutma fəndi adlandırıb. "Bu, cüdoda qadağan olunsa da, futbolda Çempionlar Liqasını qazanmaq üçün kifayət qədər yaxşı fənddir",- deyə şərhdə bildirilir. Qeyd edək ki, Məhəmməd Salah Serxio Ramosun bu hərəkətindən sonra çiynindən zədələnib və oyunu davam etdirə bilməyib. Onun 3 həftə müddətinə sıradan çıxdığı bildirilir. Görüş isə "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
Müəllif: