Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib</b></font>

10:21 - 28 May 2018 tarixində dərc olunub.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib. Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısı abidənin önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Müəllif: