Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşub: <font color=red><b>xəsarət alanlar var</b></font>
18:57 - 26 May 2018 tarixində dərc olunub.
Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Bakıdan Xaçmaz istiqamətində hərəkət edən sərnişin avtobusu mikroavtobusla toqquşub.
İlkin məlumata görə, qəza zamanı 4 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.