Lənkəranda ev yanıb.
Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, yanğın rayonun Nərimanabad qəsəbəsində ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 12 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin 6 otağının və dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.