Türkiyənin Amasya vilayətində hərbi hissələrin birində kütləvi zəhərlənmə baş verib. 81 hərbçi zəhərlənmə diaqnozu ilə hərbi hospitala yerləşdirilib.
Məlumata görə, hadisə hərbi hissədə dezinfeksiya işləri aparıldıqdan sonra baş verib, zəhərlənmənin də bu səbəbdən olması ehtimal edilir.trend